“Azərbaycan İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri kimi: Gənclərin qarşısında duran vəzifələr” adlı tədbir keçirilib

Press-relizlər / 10.03.2017 / 15:20

Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Dövlət Universiteti və “Türkiyə Universitetləri Məzunları”  İctimai Birliyinin (TUMİB) birgə təşkilatçılığı ilə “Azərbaycan İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri kimi: Gənclərin qarşısında duran vəzifələr” mövzusunda tədbir keçirilib.
Lənkəran Dövlət Universitetində baş tutan tədbirdə  DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov,  şöbənin əməkdaşları, LDU-nun müəllim-tələbə kollektivi, TUMİB-in nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə layihənin məqsədi barədə məlumat verib. Qeyd edib ki, əsas məqsəd İslam sivilizasiyasını təbliğ etmək, yeniyetmə və gənclərimizi yad ideologiyaların təsirindən qorumaq, bölgələrimizdə ideoloji maarifçilik işini gücləndirməkdir. İslamın sülh, sevgi, dostluq dini olduğunu vurğulayan TUMİB sədri Azərbaycan cəmiyyətində humanist düşüncənin hakim olduğunu bildirib. Ç.Bayramov deyib ki, yeniyetmə və gənclərimiz İslam dininin mahiyyətini dərindən öyrənsələr, zərərli vərdişlərdən uzaq qalar, digər dinlərin və millətlərin nümayəndələrinə münasibətdə tolerant davranarlar.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin sülh, həmrəylik, dostluq dini olduğunu bildirərək, cənab Prezident tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının mühüm təşəbbüs olduğunu diqqətə çatdırıb.
LDU-nun Elm və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Məmmədov gənclər arasında belə tədbirlərin keçirilməsinin, milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğulayıb.
TUMİB İdarə Heyətinin üzvləri Seymur Verdizadə, Orxan Vəliyev  və Səbinə Novruzzadə çıxışlarında milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycanda həmişə xüsusi həssaslıqla yanaşıldığını, ölkəmizdə sağlam mənəvi mühitin qorunub-saxlanılmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildiriblər. 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Greater Greace Baltimor” kilsəsinin nümayəndəsi ilə görüşüb

Press-relizlər
18.07.2019 / 16:34
Ətraflı oxu

DQİDK sədrinin birinci müavini: “Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər”

Press-relizlər
23.08.2019 / 15:36
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qaxda vətəndaşları qəbul edəcək

Xəbərlər
19.07.2019 / 11:53
Ətraflı oxu

Səyavuş Heydərov: "Aşura mərasimləri milli adət-ənənələrimizə uyğun formada keçirilməlidir"

Press-relizlər
26.08.2019 / 16:00
Ətraflı oxu

Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib

Xəbərlər
20.07.2019 / 10:24
Ətraflı oxu

İslam dəyərlərinə dərin ehtiram

Press-relizlər
27.08.2019 / 09:53
Ətraflı oxu