Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər / 02.08.2017 / 14:35

Avqust ayının 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Tədbirdə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin önəminə toxunan DQİDK-nın sədri Mübariz Qurbanlı xalqımızı vahid ideologiya-Azərbaycançılıq ətrafında birləşdirən amillərin onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də İslam dini olduğunu bildirib. O, xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətə diqqət çəkib. “İslam Həmrəyliyi İli” ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədri Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan Tədbirlər Planına əsasən Dövlət Komitəsinin müvafiq qurumlarla gördüyü işlər, planlaşdırdığı tədbirlər və qarşıda duran vəzifələrindən danışıb.
Gündəliyə uyğun olaraq, Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva və Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədovun hesabat məruzələri dinlənilib.
Məruzələrdə Dövlət Komitəsinin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması işinin təşkili, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi tərəfindən həyata keçirilən tədbirlər, bölgədəki dini durum haqqında məlumat verilib.
    


Son baxılan xəbərlər

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Şəkidə “Tolerant Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda tədbir baş tutub

Press-relizlər
06.08.2019 / 15:57
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Falçılara və cadugərlərə qarşı qanun sərtləşdirilməlidir

Açıqlama
04.11.2015 / 18:04
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Argentinanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Xəbərlər
03.06.2019 / 14:30
Ətraflı oxu

Mingəçevir şəhəri, Göyçay və Zərdab rayonlarında 20 Yanvar şəhidləri anılıb

Press-relizlər
17.01.2020 / 17:49
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Lerikdə vətəndaşlarla görüşüb

Press-relizlər
25.10.2019 / 15:01
Ətraflı oxu