Sərdar Məhəmməd Yunis: Pakistan Azərbaycanla dini-mənəvi sahədə əməkdaşlığa hər zaman hazırdır

İSLAM HƏMRƏYLİYİ İLİ / 17.10.2017 / 16:09

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin dini işlər və dinlərarası harmoniya üzrə federal naziri Sərdar Məhəmməd Yunis ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bildirib, hər iki ölkənin bütün məsələlərdə daim bir-birini dəstəklədiklərini vurğulayıb.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosialyönümlü layihələr, xeyriyyə tədbirləri, ölkəmizdə tikilən və bərpa olunan məscidlər, dini abidələr haqqında məlumat verən səfir, İslam dinin mərhəmət, sülh, dostluq və əmin-amanlıq dini olduğunu, bunun dünya ictimaiyyətinə düzgün çatdırılması istiqamətində Azərbaycan tərəfindən də mütəmadi olaraq müxtəlif layihələrin həyata keçirildiyini bildirib.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu, Bakıda İslam Həmrəyliyi Oyunlarının, həmçinin ölkəmizdə eləcə də bir sıra xarici dövlətlərdə Azərbaycanın təşkilatçılığı ilə müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Sərdar Məhəmməd Yunis Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu bildirib, hər iki ölkənin bir-birinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dinlərarası əlaqələrin önəmini qeyd edən nazir İslam dininin məqsəd və məramlarının aşılanması istiqamətində işlərin aparılmasının zəruri olduğunu, Azərbaycanın həyata keçirdiyi layihələrin yüksək qiymətləndirdiyini, dini işlər sahəsində Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdırıb.

Son baxılan xəbərlər

“Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir baş tutub

Press-relizlər
29.08.2018 / 11:29
Ətraflı oxu

Gülənçilik (FETÖ) - mahiyyəti, məqsədi və fəaliyyət istiqamətləri

Xəbərlər
08.09.2016 / 15:10
Ətraflı oxu

“Həmrəylik – dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər
30.01.2018 / 17:02
Ətraflı oxu

Əliheydər Zülfüqarov: "“Fatimeyi-Zəhra” məscidi sökülməyəcək, əksinə orada icma yaradılacaq"

Açıqlama
06.02.2017 / 17:03
Ətraflı oxu

ABŞ-ın nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Press-relizlər
04.03.2019 / 19:10
Ətraflı oxu

Lerikdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ...

Press-relizlər
18.10.2018 / 17:21
Ətraflı oxu