“Şəhadət” sənədli filmi Dövlət Sərhəd Xidməti Akademiyasında nümayiş etdirilib

Press-relizlər / 03.11.2017 / 18:00

Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən "Şəhadət" sənədli filmi Dövlət Sərhəd Xidməti Akademiyasında nümayiş edilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Sərhəd Xidməti Akademiyasının rəhbərliyi, təhsil ocağının zabit və kursant heyəti iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxışında dini sahədə maarifləndirmənin radikallıqla mübarizənin əsas metodlarından biri olduğunu qeyd edib. Sədr müavini bu sahədə cəmiyyətdə, xüsusilə gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi önəm verilməsinin əhəmiyyətinə toxunub. Ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması, vətənpərvərliyin təbliği və təşviqi məqsədilə hazırlanan "Şəhadət" filminin önəmindən danışıb. Bildirib ki, filmdə Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı, qəhrəmanlığın gətirdiyi fəxarət hissi təbliğ olunur, digər tərəfdən isə radikalizmin cəmiyyət, dövlət, ailə üçün hansı faciələrə səbəb olduğu real faktlarla tamaşaçılara təqdim edilir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizdə müxtə­lif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multi­kul­tu­­ralizm nümunəsinə çevrildiyi xüsusi qeyd olunub və dini amillərdən yararlanaraq radikal­lı­ğa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstər­mə­sinin zəruriliyi vurğu­lanıb.
 


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2017-ci ilin yekunlarına həsr olunan “Hesabat” çap edib

Kitablar
29.05.2018 / 15:03
Ətraflı oxu

Hacıqabulda “Dini məzhəbçilik meyillərinin dini təhlükəsizliyə təsiri” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
13.02.2020 / 17:46
Ətraflı oxu

Gündüz İsmayılov: "İslam meydana çıxdığı gündən elm öyrənməyi, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib"

Press-relizlər
24.10.2018 / 15:46
Ətraflı oxu

“Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Press-relizlər
12.05.2016 / 09:26
Ətraflı oxu

Xəzər rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.07.2019 / 09:51
Ətraflı oxu

“İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil olunub

Press-relizlər
01.08.2017 / 17:35
Ətraflı oxu