Xətai məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 15.11.2017 / 16:06

Noyabrın 15-də “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Xətai rayonunda yerləşən 55 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fidan Aslanova, Vasif Musayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, məktəbin direktoru, müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova Fəaliyyət Planına uyğun olaraq görülən işlərdən, keçirilən tədbirlərin əhəmiyyətindən söhbət açıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fidan Aslanova ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini qeyd edərək, təşkil edilən maarifləndirmə tədbirlərinin milli-mənəvi dəyərlərə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə verilən önəmin, dövlətin bu məsələyə olan diqqət və qayğısının təzahürü olduğunu bildirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev çıxışı zamanı həyati hadisələrin əks olunduğunu, Vətənə, dövlətçiliyə xəyanətin və sədaqətin konkret nümunələrlə təsvir olunduğu “Şəhadət” sənədli filminin maarifləndirmə xüsusiyyətlərindən danışıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirin sonunda məktəbin direktoru Sevinc Tahirova bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək, tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.   


Son baxılan xəbərlər

Bakıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.04.2019 / 16:06
Ətraflı oxu

Həqiqət anı: azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

Xəbərlər
31.03.2018 / 10:06
Ətraflı oxu

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik fəaliyyət planı imzalanıb

Press-relizlər
08.01.2018 / 14:16
Ətraflı oxu

Balakəndə “Milli-mənəvi dəyərləri qoruyan Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

Press-relizlər
27.09.2018 / 10:50
Ətraflı oxu

Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
22.02.2018 / 15:58
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu