Xırdalanda Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirilib

Press-relizlər / 23.04.2018 / 14:45

Aprelin 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Xırdalan şəhər 4 saylı tam orta məktəbində “Aprel döyüşləri -  yaxın tariximizin şanlı səhifəsi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov, məktəbin direktoru Zəminə Nurayeva, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 4 saylı tam orta məktəbin direktoru Z.Nurayeva gənclərin təhsillə yanaşı dini sahədə məlumatlandırılmasının, radikalizmdən uzaq, tolerantlıq ruhunda tərbiyə edilməsinin önəmini vurğulayıb. Azərbaycanın gələcəyi olan gənclərimizin bütün mənfi tendensiyalardan qorunmalı olduğunu və bu sahədə görülən işlərin, maarifləndirmə tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyini bildirən Z. Nurayeva tədbirin keçirilməsinə görə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov Dövlət Komitəsinin gördüyü işlər, qarşıda duran vəzifələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. O, DQİDK-nın sifarişi ilə çəkilmiş sənədli filmlərin dini radikalizmə qarşı effektiv təsirə malik olmasından bəhs edib, “Fitnə” sənədli filminin məntiqi davamı olan “Şəhadət” sənədli filmi haqqında məlumat verib. Aprel döyüşlərindən də bəhs edən O.Axundov bildirib ki, tariximizə qızıl hərflərlə həkk olan bu döyüşlər xalqın ordumuza olan inamını daha da artırıb.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb.
 
 

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Əsas məqsədimiz dini maarifçilik işini yüksək səviyyəyə qaldırmaqdır”

Müsahibələr
21.07.2017 / 12:27
Ətraflı oxu

Xaçmazda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
28.08.2018 / 14:35
Ətraflı oxu

Nəsimi rayonunda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
29.08.2019 / 15:22
Ətraflı oxu

Siyəzən rayonunda radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
18.04.2018 / 17:27
Ətraflı oxu

Qubada Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir baş tutub

Press-relizlər
15.11.2019 / 17:07
Ətraflı oxu

Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib

Xəbərlər
20.07.2019 / 10:24
Ətraflı oxu