Ağdam rayonunun İmamqulubəyli qəsəbə tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər / 15.05.2018 / 17:38

Mayın 15-də Ağdam Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Ağdam rayonunun İmamqulubəyli qəsəbə tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Ağdam RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, şöbənin baş məsləhətçisi Ziya Hümbətov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, Ağdam rayon Gənclər və İdman İdarəsinin rəis müavini Anar Əsgərov, Ağdam rayon 135 nömrəli tam orta məktəbin direktoru Yaşar Ağayev, Ağdam rayon 87 nömrəli tam orta məktəbin direktoru Səbahət Əmirova, Ağdam rayon 92 nömrəli tam orta məktəbin direktoru Məzahir İbrahimov, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Ağdam RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev bildirib ki, nümayiş olunacaq film dini radikalizmə qarşı mübarizə mövzusunda Dövlət Komitəsinin sifarişi əsasında çəkilib. “Şəhadət” filmində Qarabağ uğrunda gedən döyüşlərdə döyüşmüş və şəhid olmuş əsgərlərimizin dövlətimiz, xalqımız tərəfindən necə hörmət və ehtiramla yad edildiyi nümayiş olunur, onların valideyinləri övladlarının Vətən uğrunda şəhid olmalarından heç də təəssüflənmir, əksinə, qürur hissi keçirirlər. Filmdə toxunulan ikinci ideya bundan ibarətdir ki, xarici dövlətlərdə fəaliyyət göstərən qanunsuz hərbi birləşmələrə və terror təşkilatlara qoşularaq ölən azərbaycanlı gənclərin valideynləri övladlarının əməllərinə görə təəssüflənir və xəcalət hissi keçirirlər.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı R.Cavadov,  Ağdam RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Z.Hümbətov, Ağdam rayon Gənclər və İdman İdarəsinin rəis müavini A.Əsgərov, Ağdam rayon 135 nömrəli tam orta məktəbin direktoru Y.Ağayev və Ağdam rayon 87 nömrəli tam orta məktəbin direktoru S.Əmirova bildiriblər ki, “Şəhadət” filminin təqdimatı gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynayır. Bu tipli tədbirlərin məktəblərdə keçirilməsi gənclərin radikal qruplara cəlb olunmasının qarşısını alır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

“Jewish Journal”: “Müsəlman ölkəsində qəhrəman yəhudinin heykəli ucaldılıb”

Press-relizlər
19.11.2019 / 14:11
Ətraflı oxu

Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı

Bəyanat
17.09.2013 / 18:08
Ətraflı oxu

Balakəndə 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib

Press-relizlər
21.01.2021 / 16:33
Ətraflı oxu

Lerik rayon ictimaiyyəti ilə görüş keçirilib

Press-relizlər
12.07.2018 / 17:14
Ətraflı oxu

Prezident İlham Əliyev: “Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub saxlanıb, onlar isə işğaldan azad ...

Press-relizlər
03.11.2020 / 11:07
Ətraflı oxu

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.05.2017 / 16:39
Ətraflı oxu