Horadizdə Ramazan ayının başlaması münasibətilə dindarlarla görüş keçirilib

Press-relizlər / 18.05.2018 / 17:45

Mayın 18-də Füzuli Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Füzuli rayon Horadiz şəhəri “Əhli-Beyt” məscidində müqəddəs Ramazan ayının başlaması münasibətilə dindarlarla görüş keçirilib.
Tədbirdə Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov, Füzuli rayon Horadiz şəhəri “Əhli-Beyt” məscidinin imam-cüməsi Nəriman Nəsirov, ağsaqqallar və rayon dindarları iştirak ediblər.
“Əhli-Beyt” məscidinin imam-cüməsi N.Nəsirov Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı fətvasını bu ayın mahiyyətindən danışıb.
Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Q.Əliyev dindarları Ramazan ayı münasibəti ilə təbrik edərək, Azərbaycanda dövlət-din münasibətlərindən, Prezident cənab İlham Əliyevin dinə və dindarlara göstərdiyi diqqət və qayğılardan söz açıb. Bildirib ki, Ramazan ayı ilə əlaqədar tədbirlər mövcud qanunvericiliyə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçirilməlidir.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı M.Zeynalov bir çox müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da Ramazan ayının xüsusi şəkildə qeyd edildiyini vurğulayaraq, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqviminə riayət olunmasının, dini ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda dindarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

Dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi keçirilir

Press-relizlər
12.02.2016 / 12:18
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Prezident İlham Əliyev:Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur

Xəbərlər
16.07.2018 / 17:35
Ətraflı oxu

“Həmrəylik-dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.12.2017 / 10:19
Ətraflı oxu

Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir baş tutub

Press-relizlər
30.03.2017 / 15:46
Ətraflı oxu

Göygöldə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Xəbərlər
23.11.2018 / 14:21
Ətraflı oxu