Xətai rayonu 257 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə tədbir təşkil olunub

Press-relizlər / 23.05.2018 / 15:33

Mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 257 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir təşkil olunub.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Günel Zahidova, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, məktəbin direktoru Qarat Qaratov, müəllim və şagirdlər iştirak ediblər.
Əvvəlcə şagirdlər müxtəlif kompozisiyalar ilə çıxış edib, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Daha sonra Q.Qaratov məktəblilərə müvəffəqiyyət arzulayıb, məktəbin yüksək nailiyyətlər qazanmış şagirdlərini Fəxri Fərman və diplomlarla təltif edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı G.Zahidova AXC-nin demokratik dövlət quruculuğu, təhsil, mədəniyyət, səhiyyə, iqtisadiyyat, hərbi quruculuq sahəsində atdığı mühüm addımlardan, milli dövlətçilik ənənələrimizin bərpası işində oynadığı roldan, xalqın maariflənməsinə mühüm təkan verən tədbirlərindən danışıb.


Son baxılan xəbərlər

Zərdabda Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib

Press-relizlər
02.05.2019 / 17:15
Ətraflı oxu

Dini radikalizm və ekstremizmə qarşı alternativ vasitə kimi vətənpərvərlik hissi gücləndirilməlidir

Press-relizlər
13.02.2018 / 17:05
Ətraflı oxu

Qubada dini radikalizmlə mübarizə yolları müzakirə olundu

Press-relizlər
24.06.2016 / 11:14
Ətraflı oxu

Qubada şəhidlər anılıb

Press-relizlər
19.01.2018 / 16:59
Ətraflı oxu

Samuxda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
22.11.2016 / 16:58
Ətraflı oxu

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub

Xəbərlər
06.12.2018 / 08:57
Ətraflı oxu