Siyəzən rayonunun Gilgilçay qəsəbəsində “Şəhadət” filmi nümayiş etdirilib

Arxiv / 07.06.2018 / 15:41

İyunun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Siyəzən rayonu Gilgilçay qəsəbəsində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy, Siyəzən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, Gilgilçay qəsəbə tam orta məktəbinin direktoru Samir Baxşiyev, müəllim və şagirdlər iştirak edib.
Məktəbin direktoru S.Baxşiyev  qeyd edib ki, son illər ölkə miqyasında dini maarifləndirmə sahəsində xeyli iş görülüb. O, xüsusilə gənclər və yeniyetmələrin maarifləndirilməsi istiqamətində keçirilən tədbirlərin önəminə toxunub.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı A.Əlisoy gənc nəslə Vətən sevgisinin aşılanmasının vacibliyindən, dini radikalizmin cəmiyyət üçün fəsadlarından, qeyri-ənənəvi dini qrupların metodologiyasından və təbliğat metodlarından danışıb. Qeyd edib ki, radikal qruplaşmalar insanların Vətənə bağlılığını sarsıtmaq üçün din amilindən istifadə edirlər.
Siyəzən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı B.Balabəyov dövlət-din münasibətlərinə toxunaraq bildirib ki, Azərbaycandakı mövcud tolerant mühit dövlətimizin həyata keçirdiyi düzgün siyasətin nəticəsidir.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Mübariz Qurbanlının “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” adlı kitabı nəşr olunub

Kitablar
17.10.2019 / 11:57
Ətraflı oxu

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub

Xəbərlər
06.12.2018 / 08:57
Ətraflı oxu

Prezident İlham Əliyev: “Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz”

Xəbərlər
16.10.2019 / 09:30
Ətraflı oxu

Göyçayda Xocalı faciəsinin qurbanları anılıb

Press-relizlər
24.02.2018 / 09:29
Ətraflı oxu

Balakəndə “Dini radikalizmə qarşı mübarizə yolları” mövzusu müzakirə olunub

Press-relizlər
26.09.2019 / 16:34
Ətraflı oxu

Multikulturalizm xalqımızın həyat fəlsəfəsidir

Multikulturalizm
07.02.2017 / 16:50
Ətraflı oxu