Gədəbəydə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans işini panel formatında davam etdirib

Press-relizlər / 22.06.2018 / 18:05

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər”   mövzusunda keçirilən regional konfrans iyunun 22-də işini panel formatında davam etdirib.
Tədbirdə Gədəbəy RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Allahverdiyeva, DQİDK-nın sədr müavini Gündüz İsmayılov, eləcə də orta məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinləri, ümumtəhsil məktəblərində çalışan psixoloqlar, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, YAP-ın Rayon Gənclər Təşkilatının üzvləri və rayonun aktiv gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gədəbəy RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Allahverdiyeva mövzunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, dini maarifləndirmə sahəsinə xüsusi diqqət ayrılmalı və gənclərin radikal dini qrupların təsir dairəsinə düşməsinin qarşısını almaq üçün onlara dinimiz düzgün şəkildə çatdırılmalıdır.
Sonra çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov dövlət-din münasibətləri və dini radikalizmlə mübarizə istiqamətində görülən işlərdən danışıb.
Vurğulayıb ki, dinə hüquq, vicdan azadlığı, milli-mənəvi dəyər prizması ilə yanaşı, həm də dövlətin və cəmiyyətin dini-ideoloji, ictimai təhlükəsizliyi baxımından yanaşmaq lazımdır. Əlavə edib ki, cəmiyyətin dini-ideoloji təhlükəsizliyi pozulduqdan sonra milli və ictimai təhlükəsizliyə təhdid qaçılmazdır. Bu baxımdan dini kimliyin milli kimliyə qarşı qoyulmasına, dindar kontingent daxilində dünyəviliyin və ənənəvi İslamın zəiflədilməsinə və xurafatın güclənməsinin qarşısının alınmasına qarşı mübarizə xüsusilə vacibdir.
Dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunan sədr müavini dinin ənənəvi İslam kontekstindən təbliğinin cəmiyyətin dini və dünyəvi cəhətdə iki hissəyə ayrılmasının qarşısının alınması baxımından zəruri olduğunu qeyd edib.
Din sahəsində milli kadrların hazırlanması prosesindən də danışan Gündüz İsmayılov bu sahədə cəmiyyətdə müasir dünyagörüşünün təlqin edilməsi, dünyəvi dövlətin əsaslarının düzgün təbliğ edilməsi üçün ixtisaslı dini kadrların hazırlanmasını ən vacib məsələlərdən biri olduğunu bildirib. O, bu məqsədlə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutunun yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayacağını deyib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri

Xəbərlər
07.12.2018 / 16:58
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib

Xəbərlər
26.11.2018 / 16:41
Ətraflı oxu

"Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib

Xəbərlər
10.07.2019 / 16:56
Ətraflı oxu

“Oxu!” sənədli filminin təqdimatı keçirilib

Press-relizlər
11.01.2019 / 17:10
Ətraflı oxu

Göygöldə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Xəbərlər
23.11.2018 / 14:21
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb

Press-relizlər
20.09.2019 / 14:55
Ətraflı oxu