Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

Press-relizlər / 22.10.2018 / 15:07

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu “Media və mənəvi dəyərlər” mövzusunda məqalə müsabiqəsi elan edir.

Müsabiqəyə mənəvi dəyərlərin təbliği, qorunması, inkişafi, eləcə də, Azərbaycançılıq ideologiyası ilə bağlı məqalələr göndərilə bilər. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mənəvi dəyərlərin qorunması və inkişafı sahəsindəki siyasətini işıqlandıran məqalələr də qəbul olunur.

Kriteriyalar:

  • Məqalə innovativ və əhatəli olmalıdır;
  • Müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməlidir;
  • Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxmiən 3-4 A4 formatlı vərəq həcmində);
  • Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır;
  • Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) çap olunmalı və link əlavə edilərək Fonda təqdim edilməlidir.

 

Mükafat:

         I yer  -  400 AZN  (1 nəfər)

         II yer -  300 AZN  (2 nəfər)

         III  yer – 200 AZN (3 nəfər)

         Hər biri 100 AZN olmaqla 5 həvəsləndirici mükafat

 

         Müsabiqənin müddəti: 22 oktyabr – 22 noyabr 2018-ci il

         Əlaqə:

         Tel: (012) 464-92-53

         E-mail: mdtf.press@gmail.com

         Ünvan: Bakı şəhəri, Ə.Cavad küç. 16; Bakı şəhəri, Tblisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə)

Son baxılan xəbərlər

4 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.03.2015 / 15:32
Ətraflı oxu

Bakıda “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirilib

Press-relizlər
18.12.2019 / 17:44
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
26.12.2019 / 16:50
Ətraflı oxu

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri Dövlət Komitəsində olublar

Press-relizlər
24.02.2020 / 17:29
Ətraflı oxu

Sumqayıtda “Şəhidlik zirvəsi” adlı tədbir keçirilib

Press-relizlər
25.01.2018 / 14:54
Ətraflı oxu

Milli-mənəvi dəyərlərin böyük təəssübkeşi

Xəbərlər
22.05.2020 / 11:12
Ətraflı oxu