Şabran şəhərində “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib

Xəbərlər / 25.10.2018 / 10:28

Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzin və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Şabran şəhəri 3 saylı tam orta məktəbində “Uşaqları dini fanatizm və radikalizm təhlkəsindən qoruyaq” adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Omdudsmanın Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov bildirib ki, Şabran rayonunda vətəndaş hüquqlarının müdafiəsi sahəsində bir sıra tədbirlər icra olunur və vətəndaşlara hüquq sahəsində biliklər aşılanır. Eyni zamanda uşaqların hüquqlarının müdafiə olunması baxımından da mütəmadi olaraq tədbirlər icra olunur.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə çıxış edərək qeyd edib ki, Azərbaycanda yaşayan hər kəsin, o cümlədən uşaqların hüquqları dövlət səviyyəsində qorunur. Natiq onu da vurğulayıb ki, ölkəmizdə uşaqlar arasında dini fanatizmə və radikalizmə meyl etmələrinə ümumiyyətlə rast gəlinmir.

Omdudsmanın Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev çıxış edərək “Uşaq hüquqları konvensiyası” haqqında ümumi məlumat verib. O, bildirib ki, konvensiyada uşaqların hüquqlarının qorunması məqsədilə nəzərdə tutulan maddələr Azərbaycan Respublikasında tam şəkildə icra olunmaqdadır.


Son baxılan xəbərlər

DQİDK və Xocalı RİH-in təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir ...

Press-relizlər
13.06.2019 / 14:06
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi Gəncə hadisələri ilə bağlı bəyanat yayıb

Press-relizlər
11.07.2018 / 17:40
Ətraflı oxu

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Press-relizlər
15.11.2018 / 18:09
Ətraflı oxu

Ölkəmiz İslam dünyasında özünün uzlaşdırıcı, barışdırıcı və sülhpərvər mövqeyi ilə nümunəyə çevrilib

Açıqlama
11.01.2018 / 16:30
Ətraflı oxu

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
05.03.2019 / 17:45
Ətraflı oxu

Bölgələrdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
31.07.2015 / 14:53
Ətraflı oxu