Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər / 12.11.2018 / 17:02

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov noyabrın 12-də Beynəlxalq Vineyard kilsələri Assosiasiyasının rəsmi nümayəndəsi Allen Alen ilə görüşüb.

Qonağa ölkəmizdəki sabit dini durum, tolerant və multikultural mühit barədə məlumat verən Səyavuş Heydərov Azərbaycandakı etnik və dini dözümlülüyün tarixi ənənələrə əsaslandığını və cəmiyyətimizin tələbi olduğunu bildirib. Sədr müavini ölkəmizdə dinlərarası harmoniyanın yaradılmasına, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, dini konfessiyaların qanun qarşısında bərabər olması, digər dinlərə məxsus ibadətgahların bərpa edilməsi, dini icmalara mütəmadi maliyyə yardımlarının ayrılması Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir. O, eyni zamanda dünyada etnik və dini zəmində münaqişələrə bilərəkdən rəvac verildiyi, dini radikalizm və ekstremizm meyllərinin gücləndiyi bir dövrdə sülhə və sabitliyə nail olmaqda tolerantlıq prinsiplərinin təşviq edilməsinin əhəmiyyətinə toxunub. Azərbaycan xalqının tarixən formalaşmış tolerantlıq ənənələrinin və multikultural dəyərlərinin öyrənilməsinə, təşviq edilməsinə böyük ehtiyac olduğunu bildirən S.Heydərov bu həqiqətin VI Beynəlxalq Humanitar Forumundakı çıxışlarda da etiraf olunduğunu qeyd edib.

Qonağı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumatlandıran sədr müavini Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsinin, Azərbaycan ərazilərini işğalda saxlamasının təkcə Azərbaycanda deyil, bütün regionda sülhün bərqərar olmasına, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaratdığını diqqətə çatdırıb.

Görüş zamanı Beynəlxalq Vineyard kilsələri Assosiasiyasının rəsmi nümayəndəsi Allen Alen Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqun gerçəkləşməsi üçün atdığı addımları yüksək qiymətləndirib.  Ölkəmizdə şahid olduğu dinlərarası harmoniya və etnik-dini tolerantlıqdan bəhs edən qonaq “Vineyard Azərbaycan” xristian dini icmasının fəaliyyətinə göstərilən dəstəyə və qayğıya görə minnətdarlığını ifadə edib.


Son baxılan xəbərlər

Göyçayda Xocalı faciəsinin qurbanları anılıb

Press-relizlər
24.02.2018 / 09:29
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
19.06.2017 / 17:06
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Press-relizlər
09.10.2018 / 17:24
Ətraflı oxu

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
05.06.2018 / 18:00
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
20.07.2018 / 12:38
Ətraflı oxu

Neftçalada “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
05.06.2018 / 15:29
Ətraflı oxu