Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib

Press-relizlər / 13.11.2018 / 09:37

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutun rektoru Ceyhun Məmmədov 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya  Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Aİİ rektoru demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıb.

C.Məmmədov qeyd edib ki, hər bir dövlətin mövcudluğunu şərtləndirən mühüm amillərdən biri onun qanunvericilik sisteminin olmasıdır. Bu baxımdan, Azərbaycan Respublikasının da qanunvericilik sisteminin əsasını Azərbaycan Respublikasının Konstitusiyası  təşkil edir.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Qeyd olunub ki, Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrində köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

C.Məmmədov Ümummilli Lider Heydər Əliyevin dövlət-din siyasətinin özülünü qoyduğunu, bu münasibətlərin Əsas Qanunda öz əksini tapdığını vurğulayıb.

Bildirilib ki, Konstitusiyamızın qəbul olunmasından ötən 23 ildə Azərbaycanın qazandığı nailiyyətlər, sosial-iqtisadi yüksəliş, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi kimi amillər respublikamızın sürətli inkişafının göstəricisidir. Aİİ rektoru qeyd edib ki, bu uğurların kökündə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçıları olan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla gerçəkləşdirdiyi uzaqgörən siyasəti dayanır.


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Multikultural münasibətlərin davamlılığı və bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır"

Müsahibələr
13.01.2016 / 17:18
Ətraflı oxu

Prezident İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktorunu qəbul edib

Xəbərlər
05.02.2019 / 12:43
Ətraflı oxu

Marta Çvey: Azərbaycan multikulturalizm, dözümlülük və müstəqil KİV-lərin inkişafı üçün gözəl örnəkdir

Multikulturalizm
26.11.2016 / 16:49
Ətraflı oxu

Tehranda “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərgi açılıb

İSLAM HƏMRƏYLİYİ İLİ
26.10.2017 / 12:13
Ətraflı oxu

Dünyanın məhşur müsəlman idmançıları haqqında kitab çap olunub

Kitablar
22.05.2017 / 15:40
Ətraflı oxu

Mübariz Qurbanlı: "Məişət zorakılığına bütün dinlərin münasibəti mənfidir"

Açıqlama
13.11.2015 / 14:57
Ətraflı oxu