Göygöldə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük tədbir işinə başlayıb

Xəbərlər / 22.11.2018 / 17:50

Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

Rayon hüquq mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirəni açan RİH başçısının birinci müavini Turani Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətlərinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətləri olub. T.Əliyevin sözlərinə görə, Azərbaycanın müstəqilliyinin ilk illərində bu sahədə qəbul edilən qanunların sonradan təkmilləşdirilməsi də Ümummilli Liderin adı ilə bağlıdır. RİH başçısının birinci müavini, eyni zamanda rayondakı dini durum və dini icmaların fəaliyyəti barədə də ətraflı məlumat verib.

Daha sonra çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən, onun qorunub saxlanılması istiqamətində görülən işlərdən ətraflı bəhs edib. S.Salahlı bildirib ki, bu gün Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində respublikamız dinə, vicdan azadlığına, tolerant və multikultural dəyərlərə münasibətdə nümunəvi ölkəyə çevrilib. Dövlət Komitəsi sədrinin birinci müavini Azərbaycanda dini, milli ayrı-seçkiliyə, antisemitizm, ksenofobiya hallarına heç vaxt rast gəlinmədiyini vurğulayıb. Səyyad Salahlı qeyd edib ki, dövlətimiz tərəfindən mütəmadi olaraq ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir.

DQİDK sədrinin birinci müavini dini radikalizmlə mübarizədə hər kəsi, o cümlədən gəncləri fəal olmağa çağırıb. Natiq bildirib ki, bu sahədə dini icmaların və din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.

Sonda çıxış edən Göygöl şəhər Heydər məscidi dini icmasının sədri Əlaslan Cəfərov İslam dininin sülh, mərhəmət və həmrəylik dini kimi, milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib.

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb

Xəbərlər
12.06.2018 / 10:01
Ətraflı oxu

“Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Press-relizlər
12.05.2016 / 09:26
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Xəbərlər
30.07.2020 / 16:19
Ətraflı oxu

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Horadizdə vətəndaşları qəbul edib

Press-relizlər
20.02.2018 / 12:59
Ətraflı oxu

Zərdabda "Aprel şəhidləri - Azərbaycan gəncliyinin qüruru" adlı maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.04.2018 / 17:21
Ətraflı oxu