Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub

Xəbərlər / 06.12.2018 / 08:57

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinə gələrək ABŞ-ın 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib.

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Vilyam Gill Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlətimizin başçısı Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verdi, matəm kitabına ürək sözlərini yazdı.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gill ilə söhbət etdi və ona başsağlığı verdi. Dövlətimizin başçısı mərhum Prezident Corc Buşun Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin yaradılmasında və inkişafında rolunu xüsusi vurğuladı. Prezident İlham Əliyev mərhum Prezident Corc Buşun ulu öndər Heydər Əliyevlə yaxın münasibətlərini, vaxtilə onun Heydər Əliyevi öz evində qəbul etməsini xatırladı, bunun çox vacib və unudulmaz bir görüş olduğunu dedi. Ulu Öndərin ona göstərilmiş hörmətdən, səmimi görüşdən çox təsirləndiyini bildirdi. Dövlətimizin başçısı 2004-cü ildə keçirilən Afina Yay Olimpiya Oyunlarının açılış mərasimi ilə əlaqədar təşkil olunan qəbulda mərhum Corc Buşla görüşdüyünü və onunla söhbət etdiyini yada saldı.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gill Prezident İlham Əliyevin səfirliyə gəlməsindən böyük şərəf duyduğunu bildirdi. O qeyd etdi ki, Corc Buş Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik münasibətlər quran Amerika Birləşmiş Ştatları Prezidenti kimi ölkələrimiz arasında güclü münasibətlərin təməlini qoyub.

Son baxılan xəbərlər

Dini radikalizm cəmiyyət üçün böyük təhlükədir

Press-relizlər
02.10.2017 / 11:47
Ətraflı oxu

“Əl-Cəzirə” media şəbəkəsi Azərbaycandakı dini tolerantlıqdan bəhs edən məqalə yayıb

Press-relizlər
10.01.2018 / 09:33
Ətraflı oxu

DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib

Press-relizlər
13.05.2020 / 10:46
Ətraflı oxu

Hacıqabul rayonunda “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
17.03.2018 / 10:26
Ətraflı oxu

Göygöldə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib

Press-relizlər
29.06.2016 / 17:39
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
17.05.2016 / 10:20
Ətraflı oxu