Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri

Xəbərlər / 07.12.2018 / 16:58

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib.

Dövlətimizin başçısını Sankt-Peterburq şəhərindəki Pulkovo-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeni Qriqoryev və digər rəsmi şəxslər qarşıladılar.

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gəldi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdirdilər.

Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.

Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirildi.

Görüşdən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı oldu.

Dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxdılar.

Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb.

Son baxılan xəbərlər

Zaqatala rayonundakı “N” saylı hərbi hissədə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
08.11.2017 / 09:53
Ətraflı oxu

15 İyun: Azərbaycanın müasir tarixinin dönüş anı

Xəbərlər
16.06.2016 / 09:07
Ətraflı oxu

Komitə sədri Mübariz Qurbanlı “France 2” telekanalına müsahibə verib

Xəbərlər
12.11.2019 / 14:49
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-da səfərdədir

Xəbərlər
15.07.2019 / 10:34
Ətraflı oxu

Göytəpə Sərhəd Dəstəsində “Dini ekstremizm - ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda ...

Press-relizlər
16.05.2018 / 12:16
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Press-relizlər
16.10.2018 / 18:00
Ətraflı oxu