“Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir baş tutub

Press-relizlər / 29.08.2018 / 11:29

Avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Bakı İslam Universitetinin Zaqatala şöbəsində “Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, QMİ-nin səlahiyyətli nümayəndəsi Rasim Musayev, rayondakı məscidlərin imamları və dini icma sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev “Beynəlxalq Sülh Günü”nün yaranması tarixindən, mahiyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün dünyada sülh və əmin-amanlıq naminə apardığı uğurlu siyasətindən tədbir iştirakçılarına ətraflı məlumat verib, dini radikalizmin cəmiyyətimizdə insan hüquq və azadlıqlarına yaradan təhlükələrindən bəhs edib. O, dini radikalizmin törətdiyi fəsadlardan danışıb, dini radikalizmi yaradan xurafat və mövhumata qarşı aparılan maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. 
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işın təşkilatçısı Ramin Həsənov qeyd edib ki, gənclərin dini radikal qrupların təsiri altına düşməsinin qarşısını almaq üçün onların milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə olunmasına və təhsil almalarına ciddi önəm verilməlidir.
Daha sonra çıxış edən QMİ-nin səlahiyyətli nümayəndəsi Rasim Musayev İslam dinində sülh anlayışına verilən dəyərdən bəhs edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

DQİDK və Xocalı RİH-in təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir ...

Press-relizlər
13.06.2019 / 14:06
Ətraflı oxu

Şəkidə dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.01.2018 / 17:54
Ətraflı oxu

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusu müzakirə olunub

Press-relizlər
25.01.2018 / 15:59
Ətraflı oxu

Masallıda “Gənclərin radikal dini cərəyanlardan qorunması” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
11.02.2019 / 15:05
Ətraflı oxu

Xalqımız zəngin milli-mənəvi dəyərlərə sahibdir

Press-relizlər
07.09.2018 / 12:00
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
20.07.2017 / 15:03
Ətraflı oxu