“İlahiyyatçı” qəzeti nəşrə başlayıb

Xəbərlər / 04.01.2019 / 15:14

Ayda bir dəfə nəşr olunacaq qəzetdə Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti və tələbələrin yaradıcılığı haqqında yazılar dərc ediləcək

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzeti nəşrə başlayıb.

İnstitutdan bildirilib ki, mətbu orqanın ilk səhifəsində Prezident İlham Əliyevin Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncamı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının və rektor Ceyhun Məmmədovun “İlahiyyatçı” qəzeti haqqında yazıları yer alıb. Qəzetin müxtəlif rubrikalarında ilin yekunlarına həsr olunmuş hesabat xarakterli yazılar əksini tapıb. Mətbu nəşrdə “Ulu öndər Heydər Əliyev zəmanəmizin ən böyük azərbaycanlısıdır”, “Sivilizasiyaların qovuşduğu yerdə tolerantlıq” sərlövhəli məqalələr dərc olunub. Həmçinin ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə təşkil olunan seminar və dəyirmi masalar, ölkəmizdəki əlamətdar hadisələr, beynəlxalq günlərlə bağlı tədbirlər, “Səfir saatı” layihəsi çərçivəsində keçirilən görüşlər, Aİİ-nin Heydər Əliyev İrsini Araşdırma Mərkəzi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr etdiyi diskussiyalar barədə məlumatlar verilib. Bundan əlavə, qəzetdə Azərbaycanın tanınmış ilahiyyatçılarının Aİİ-də təhsil almağın üstünlükləri barədə fikirləri, akademiklər, Milli qəhrəmanlar, Milli Məclisin deputatları, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin təbrikləri, tövsiyələri əksini tapıb.

Ayda bir dəfə nəşr olunacaq “İlahiyyatçı” qəzetində Aİİ-nin fəaliyyəti, keçirdiyi tədbirlər, dini hadisələr, işğal altında qalan abidələrimiz, tələbələrin yaradıcılığı haqqında yazılar dərc ediləcək.

Qəzetin nəşrində məqsəd gənclərin yaradıcılıq vərdişlərinin artırılmasına və intellektual səviyyələrinin yüksəldilməsinə, ölkəmizdə aparılan dini maarifləndirmə işinə töhfə verməkdir.

Son baxılan xəbərlər

“Oxu!” sənədli filminin təqdimatı keçirilib

Press-relizlər
11.01.2019 / 17:10
Ətraflı oxu

Biləsuvarda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
19.10.2018 / 15:59
Ətraflı oxu

Regionlarda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
06.11.2018 / 14:25
Ətraflı oxu

Dövlət Komitəsində “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Press-relizlər
19.04.2017 / 17:53
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.01.2019 / 14:29
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
12.11.2018 / 17:02
Ətraflı oxu