Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 09.01.2019 / 14:29

Yanvarın  8-də Zaqatala şəhər 2 nömrəli tam orta məktəbində “Mənəvi dəyərlərimiz həmrəyliyimizin zəmanətidır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən  İlqar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Zaqatala rayon şöbəsinin əməkdaşı Cavid Məmmədli, Zaqatala rayon Təhsil şöbəsinin nümayəndəsi İlkin Məmmədov, Zaqatala rayon Uşaq və Ailələrə dəstək mərkəzinin direktoru Cövhərət İbrahimova və Zaqatala şəhər  2 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ənvər Məhyəddinov, eləcə də müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ənvər Məhyəddinov keçirilən tədbirin əhəmiyyətindən danışaraq gənclərin yetişdirilməsində, vətənpərvər şəxs olaraq formalaşmasında Azərbaycan xalqının mənəvi dəyərlərinin yerini və rolunu vurğulayıb.

Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov xalqımızın mənəvi dəyərlərinin hər bir vətəndaşın həyatında mühüm yer tutduğunu qeyd edib, gənclərin mənəvi dəyərlərə sadiq olmasının vacibliyini bildirib. O, Azərbaycanın Milli Qəhrəmanlarından bəhs edərək, mənəvi dəyərlərin öyrənilməsinin və qorunub saxlanılmasının əhəmiyyətindən danışıb. 

Dövlət Təhlükəsizliyi Xidmətinin Zaqatala rayon şöbəsinin əməkdaşı Cavid Məmmədli  radikal dini cərəyanların və qeyri-ənənəvi dinlərin gənclər arasında yayılmasına qarşı aparılan preventiv tədbirlərdən, müvafiq  qanunvericilikdən bəhs edib.

Zaqatala rayon Uşaq və Ailələrə dəstək mərkəzinin direktoru Cövhərət İbrahimova cəmiyyətin özəyi olan ailənin, adət-ənənələrin qorunub saxlanılmasında mənəvi dəyərlərin əhəmiyyətini diqqətə çatdırıb, gənclərin xalqımızın zəngin mənəvi dəyərlər əsasında tərbiyə edilməsinin vacibliyini bildirib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev  Azərbaycanda dövlət-din münasibətlərindən, multikulturalizm və tolerantlıqdan bəhs edib, xalqımızın min illərlə formalaşdırdığı mənəvi dəyərlərinin qorunub saxlanılmasının vacibliyini öz çıxışında vurğulayıb. O, həmçinin radikal və qeyri-ənənəvi dini cərəyanlardan və onların törətdiyi fəsadlardan ətraflı məlumat verib, gənclərin bilikli və savadlı olmasının dini radikalizmə, xurafata və mövhumata qarşı tutarlı amil  olduğunu  qeyd edib.             

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
12.11.2018 / 17:02
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu Qubada regional seminar təşkil edib

Press-relizlər
06.11.2018 / 15:12
Ətraflı oxu

Ağdaşda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib

Xəbərlər
30.10.2018 / 17:45
Ətraflı oxu

Dövlət Komitəsində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

Press-relizlər
16.01.2019 / 17:36
Ətraflı oxu

Bakıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib

Press-relizlər
26.12.2018 / 17:51
Ətraflı oxu

Səyavuş Heydərov: Dini təhlükəsizlik milli təhlükəsizliyimizin başlıca tərkib hissəsidir

Açıqlama
09.04.2018 / 11:33
Ətraflı oxu