Saatlıda dini icmalarla birgə tədbir keçirilib

Press-relizlər / 04.02.2019 / 17:14

Fevralın 4-də Saatlı rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçlığı ilə “Dini icmaların 2018-ci il üçün yekun hesabatı və cari il üçün görüləcək işlər”  mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin  müdiri  Cavanşir Bəhrəmov, Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azər Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı rayon şöbəsinin müdir müavini Xaliq Hüseynov, dini icma sədrləri, din xadimləri və  dindarlar iştirak iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan  Saatlı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azər Həsənov çıxışında bildirib ki, Azərbaycan bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi tanınır. Eyni zamanda Azərbaycan bir çox millətlərin və konfessiyaların dinc, yanaşı yaşamasının unikal nümunəsidir.  Bununla yanaşı o,  bütün dinlərin nümayəndələrinin inanclarına dövlət tərəfindən hörmət göstərildiyini bildirərək, bunun dünyada tolerant ölkə kimi tanınan Azərbaycanın öz milli və dini dəyərlərinə bağlılığının göstəricisi olduğunu vurğulayıb.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov dövlət-din münasibətlərinin  təməlinin Ümummilli Lider  Heydər Əliyev tərəfindən qoyulduğunu və hal-hazırda yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb, dini icmalara dövlət tərəfindən maddi dəstəyin göstərildiyini və keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı rayon şöbəsinin müdir müavini Xaliq Hüseynov  müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə məlumat verib.  

RİH-in məsul əməkdaşı Nəriman  Ağayev ölkəmizdə irqindən, etnik mənsubiyyətindən, dilindən və dinindən aslı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlət tərəfindən təminat verildiyini qeyd edib.  

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Zərdabda “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.10.2018 / 16:54
Ətraflı oxu

Bakıda “Dini maarifləndirmədə dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
01.10.2018 / 10:27
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Məhərrəmlikdə dini ayinlərin evlərdə keçirilməsinə icazə verilməyəcək”

Açıqlama
30.09.2016 / 12:13
Ətraflı oxu

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
13.03.2019 / 16:40
Ətraflı oxu

Prezident İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Xəbərlər
13.12.2018 / 15:24
Ətraflı oxu

Bayrağımız qürurumuz, and yerimizdir

Xəbərlər
08.11.2019 / 16:36
Ətraflı oxu