Sabirabadda dini icmalarla birgə tədbir keçirilib

Press-relizlər / 07.02.2019 / 14:35

Fevralın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçlığı ilə 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.     

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad  RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mirzəğa Hümbətov, Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı və Sabirabad rayonları üzrə regional  şöbəsinin müdir müavini Xaliq Hüseynov, QMİ-nin Sabirabad rayonu  üzrə səlahiyyətli  nümayəndəsi Ağakərim  Sadıqov, dini icma sədrləri,  din xadimləri və dindarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Sabirabad  RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mirzəğa Hümbətov açaraq Azərbaycan dövlətinin qurucusu Ümummili Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməsi, eləcə də dini icmalar arasında tolerantlıq mühitinin qorunub saxlanması üçün hüquqi bazanın yaradılmasından söz açıb.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov bildirib ki, Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi tanınır. Eyni zamanda, Azərbaycan bir çox millətlərin və konfessiyaların dinc, yanaşı yaşamasının unikal nümunəsidir. Bununla yanaşı o, bütün dinlərin nümayəndələrinin inanclarına dövlət tərəfindən hörmət göstərildiyini bildirərək, bunun dünyada tolerant ölkə kimi tanınan Azərbaycanın öz milli və dini dəyərlərinə bağlılığının göstəricisi olduğunu vurğulayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı və Sabirabad rayonları üzrə regional şöbəsinin müdir müavini Xaliq Hüseynov  müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə məlumat verib.

Daha sonra çıxış edən QMİ-nin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov cəmiyyət arasında düzgün dini maarifləndirmənin aparılmasında, İslam dininin olduğu kimi çatdırılmasında din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü nəzərə çatdıraraq, ölkəmizdə müxtəlif dinlərə  mənsub olan şəxslərin qarşılıqlı hörmət və dözümlülük ruhunda dini ayin və ibadətlərini yerinə yetirdiyini və ölkəmizin tolerant ölkə kimi tanınmasında bu amilin əsas rol oynadığını bildirib.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Gündüz İsmayılov: "Bu gün gəncliyimiz milli-mənəvi və dini dəyərlərimizə sadiqliyi baxımından mövcud vəziyyəti adekvat ...

Müsahibələr
09.02.2019 / 10:56
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidməti: Bundestaqın qətnaməsi qərəzlidir

Bəyanat
14.06.2015 / 16:00
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
11.02.2019 / 17:46
Ətraflı oxu

Azərbaycanın nümunəvi din siyasəti: uğurlarımız və perspektivlər

Xəbərlər
14.01.2016 / 17:39
Ətraflı oxu

Şamaxıda “Azərbaycanın dini-mədəni abidələrinə qarşı erməni vəhşiliyi” mövzusunda konfrans keçirilib

Press-relizlər
04.07.2018 / 09:40
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
25.04.2019 / 15:26
Ətraflı oxu