Qax və Balakəndə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər / 14.03.2019 / 17:24

Martın 14-də Balakən Rayon İcra Hakimiyyətinin (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin, Balakən Rayon Polis Şöbəsinin və Balakən Rayon Təhsil Şöbəsinin  birgə təşkilatçılığı ilə Qazbinə kənd tam orta məktəbində “Dini radikalizm və onun təhlükəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Balakən RİH başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  əməkdaşı Aynur Omarova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları  Elməddin Atakişiyev və Ləman Balayeva,  Balakən rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla  profilaktik işin təşkili şöbəsinin inspektoru  Sahil Bayramov, Qazbinə kənd tam orta məktəbinin direktor müavini Kərim Quliyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Balakən RİH başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Aynur Omarova tədbirin əhəmiyyətindən söhbət açaraq bildirib ki, kimliyindən asılı olmayaraq hər bir şəxs dini radikalizmə qarşı mübarizə aparmalıdır.                                                                                                                   

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ləman Balayeva dini radikalizm, onun mahiyyəti  və törətdiyi fəsadlar haqqında ətraflı məlumat verib. Dini dəyərlərin təhrifinə yol açan və cəmiyyəti zülmə sürükləyən amillərin qarşısının alınmasında, tolerantlıq ənənələrinin qorunub saxlanmasında və eləcə də gənclərin ailəyə, vətənə və dövlətə sadiq şəxs olaraq formalaşmasında milli-mənəvi dəyərlərin geniş təbliğ edilməsinin və qorunub saxlanılmasının  önəmli olduğunu bildirib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev ölkədə mövcud olan nümunəvi dövlət-din münasibətlərindən bəhs edib. Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin  öyrənilməsinin və yaşadılmasının qloballaşan, təhdid və risklərin artdığı dünyada son dərəcə vacib olduğunu bildirib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

***

    

Növbəti maarifləndirmə tədbiri isə Qax rayonu Qaxbaş kənd 2 nömrəli tam orta məktəbində “Mənəvi dəyərlərimiz və gənclər” mövzusunda keçirilib. Tədbirdə  DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qaxbaş kənd tam orta məktəbinin direktoru Rasim Çələbiyev, direktor müavini Nəsimi Xudeynatov, məktəbin müəllimləri  və yuxarı sinif şagirdləri  iştirak ediblər.

Məktəb direktoru Rasim Çələbiyev tədbirin əhəmiyyətindən danışıb, müasir zamanda gənc nəslin vətənpərvər ruhda, xalqını, vətənini, dövlətini sevən, milli-mənəvi dəyərlərə sadiq şəxs olaraq yetişməsindəki rolundan bəhs edib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərləri haqqında geniş məlumat verib, milli-mənəvi dəyərlərin və adət-ənənələrin qorunub saxlanmasının vacib olduğunu bildirib. Daha sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. 


Son baxılan xəbərlər

Cəlilabaddakı “N” saylı hərbi hissədə “Vətən sərhəddən başlayır, sərhədlərimiz milli dəyərimizdir” mövzusunda tədbir ...

Press-relizlər
07.02.2019 / 17:04
Ətraflı oxu

Dövlət Komitəsinin sədri : “Səs” qəzeti Yeni Azərbaycan Partiyasının ideoloji-siyasi kursunun təbliğində mühüm rol ...

Açıqlama
11.01.2019 / 09:40
Ətraflı oxu

Prezident İlham Əliyev: Azərbaycan dünyada İslam mədəniyyətinin təbliği işində çox fəal və uğurlu rol ...

Arxiv
08.06.2018 / 10:30
Ətraflı oxu

Ağdamda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
15.03.2019 / 15:33
Ətraflı oxu

Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
24.12.2018 / 14:31
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.03.2019 / 09:25
Ətraflı oxu