Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 15.03.2019 / 15:13

Martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçlığı ilə Sabirabad rayon Mədəniyyət mərkəzində “Dini radikalizm, narkomaniya, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirillib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli, Sabirabad RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun rəhbəri, polkovnik-leytenant İlqar Hümmətov, Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Telman Əzimov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Telman Əzimov ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması, sahəsində mühüm tədbirlər həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.   

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli öz çıxışında qloballaşan dünyanın qarşılaşdığı çətinliklərdən, mübarizə apardığı böyük bəlalardan biri bəşəriyyətin ağ ölümü adlandırılan narkomaniya, həmçinin dini radikalizm, erkən nikah haqqında danışıb. Son illər ölkə miqyasında narkomaniya və erkən nikaha qarşı mübarizə tədbirləri geniş miqyas alıb, bu istiqamətdə daha ciddi addımlar atılıb. 

Sabirabad RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun rəhbəri, polkovnik-leytenant İlqar Hümmətov, narkomaniya, dini radikalizm, erkən nikah halları, onların törətdikləri fəsadlar, o cümlədən, Sabirabad rayonunda belə hallara qarşı aparılan mübarizə tədbirlərindən geniş bəhs edərək, qeyd olunan problemlərlə bağlı statistik məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Şamaxıda keçirilən regional konfrans panel iclasla öz işini davam etdirib

Xəbərlər
13.03.2019 / 16:48
Ətraflı oxu

“Nəsimi ili” ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
14.03.2019 / 16:23
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.01.2019 / 14:29
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
12.11.2018 / 17:02
Ətraflı oxu

Yevlaxda Xocalı faciəsinin qurbanları anılıb

Press-relizlər
20.02.2019 / 16:07
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
12.10.2017 / 14:44
Ətraflı oxu