“Bahar Enerji Əməliyyat” şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər / 17.04.2019 / 17:08

Aprelin 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Bahar Enerji Əməliyyat” şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib.

Tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, “Bahar Enerji Əməliyyat” şirkətinin kommersiya işləri və xarici əlaqələr üzrə vitse prezidenti Rahib Mustafayev, eləcə də müəssisənin əməkdaşları iştirak ediblər.

Şirkətin vitse prezidenti Rahib Mustafayev Dövlət Komitəsinin maarifləndirmə məqsədilə keçirdiyi kompleks tədbirlərin vacibliyindən danışıb, eyni zamanda maarifləndirmə işinin mütəmadi şəkildə həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Daha sonra çıxış edən Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, son dövrlər dünyada baş verən hadisələr dindən siyasi məqsədlər və qarşıdurma yaratmaq məqsədilə istifadənin bəzi ölkələrdə sabitliyin pozulması ilə nəticələndiyini göstərir. Din pərdəsi adı altında münaqişələr baş vermiş ölkələrdə vəziyyət gərgin və mürəkkəb olaraq qalmaqdadır. Bu ölkələrdə baş verən hadisələr İslamın siyasi proseslərə cəlb olunmasının, dindən qarşıdurma yaratmaq məqsədilə istifadənin hansı fəsadlarla nəticələnəcəyinə açıq nümunədir. S. Heydərov İslamın məqsədli şəkildə terror dini kimi təbliğ edilməsinin Avropada islamofobiya hallarının artması ilə nəticələndiyini diqqətə çatdırıb. Komitə sədrinin müavinin sözlərinə görə, belə bir şəraitdə dinlərarası qarşılıqlı anlaşma, hörmət prinsiplərinin qorunub saxlanılması və qeyd olunan mənfi təzahürlərin qarşısının alınması üçün düzgün dini maarifləndirmənin aparılması xüsusi əhəmiyyət kəsb edir. O  əlavə edib ki, bu gün hər bir vətəndaş yaradılan şərait və imkanlardan istifadə edərək bir-birinə dəstək olmalı, cəmiyyətin, özəlliklə gələcək nəslin düzgün ruhda tərbiyəsinə və maariflənməsinə yardım etməlidir.

Natiq bildirib ki, Dövlət Komitəsinin sifarişi ilə çəkilən  sənədli filmlər də radikalizmə qarşı mübarizədə önəmli rola malikdir. Səyavuş Heydərov DQİDK-nın sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi haqqında da ətraflı məlumat verib və film nümayiş etdirilib.

 


Son baxılan xəbərlər

YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib

Press-relizlər
05.12.2018 / 17:05
Ətraflı oxu

“Erməni təcavüzü və məhv olmuş tarixi dini abidələrimiz” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.03.2019 / 16:45
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-da səfərdədir

Xəbərlər
15.07.2019 / 10:34
Ətraflı oxu

Şamaxıda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
09.08.2019 / 12:54
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb

Press-relizlər
20.09.2019 / 14:55
Ətraflı oxu

Lənkəranda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər
08.12.2017 / 14:11
Ətraflı oxu