Dövlət Komitəsində yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər / 08.05.2019 / 12:52

Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib. Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran DQİDK sədrinin birinci müavini Səyyad Salahlı cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. S.Salahlı qeyd edib ki, ölkəmizdə dini dözümlülük, tolerantlıq, multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dinə dövlət qayğısından bəhs edən sədrin birinci müavini bu istiqamətdə görülən işlərin milli-mənəvi və tolerantlıq dəyərlərinin təbliği və təşviqində, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini bildirib.

O, eyni zamanda dinlərin bərabərlik, insanpərvərlik və sülh ideyalarının cəmiyyətə, xüsusilə gənclərə təbliğ edilməsinin vacib məqam olduğunu söyləyib, o cümlədən dini dəyərlərimizin sağlam əsasda, həm xurafatdan, mövhumatdan, həm də radikalizmdən uzaq şəkildə aşılanmasında dini icmaların da üzərinə böyük məsuliyyət düşdüyünü dilə gətirib.  Dini icma rəhbərlərini milli-mənəvi dəyərlərin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb.

Sonda yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə şəhadətnamələr təqdim edilib.

Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan 940 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onların 907-si İslam, 33-ü isə qeyri-islam təmayüllüdür.


Son baxılan xəbərlər

Dini Komitənin yeni regional şöbələri yaradılacaq - EKSKLÜZİV

Açıqlama
23.10.2014 / 17:45
Ətraflı oxu

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu

Azərbaycanda dövlət-din modeli xalqımızın milli maraqlarına yönəlib

Press-relizlər
20.02.2018 / 17:32
Ətraflı oxu

AXC-nin yaranmasının 100 illiyi ilə bağlı Lənkəranda tədbir təşkil olunub

Press-relizlər
24.05.2018 / 14:31
Ətraflı oxu

Mənəvi dəyərlərə qayğı dövlət siyasətinin əsas prioritetlərindəndir

Xəbərlər
18.10.2019 / 11:27
Ətraflı oxu

Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.11.2018 / 11:25
Ətraflı oxu