Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

Xəbərlər / 27.08.2019 / 15:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.

Vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq, avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Daşkəsən, sədr müavini Səyavuş Heydərov Göygöl rayonlarında, sədr müavini Gündüz İsmayılov isə Naftalan şəhərində vətəndaşları qəbul ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qəbuldan əvvəl Daşkəsən şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.

Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Kəlbəcər, Samux, Goranboy və Xocalı sakinlərinin iştirak etdiyi qəbullarda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxılıb. Qəbul zamanı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verilib, müraciətlərin bir qismi isə yerindəcə həll olunub.

Qəbullarda iştirak edən vətəndaşlar müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək, göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Son baxılan xəbərlər

Bölgələrdə Xocalı faciəsi qurbanları anılır

Press-relizlər
24.02.2020 / 16:44
Ətraflı oxu

Biləsuvarda “İslam həmrəyliyi-sülhə aparan yol” layihəsi çərçivəsində tədbir keçirilib

Press-relizlər
13.02.2018 / 16:24
Ətraflı oxu

“Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.11.2019 / 14:25
Ətraflı oxu

“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.11.2018 / 11:40
Ətraflı oxu

Beyləqandakı “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.08.2019 / 14:44
Ətraflı oxu

Səyyad Salahlı: “Din xadimləri İslam cəmiyyətinin vəhdət prinsiplərinin formalaşması və inkişafı yolunda əhəmiyyətli addımlar ...

Press-relizlər
08.11.2019 / 09:53
Ətraflı oxu