Mübariz Qurbanlının “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” adlı kitabı nəşr olunub

Kitablar / 17.10.2019 / 11:57

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” adlı kitabı nəşr olunub.

Kitabda Azərbaycançılıq ideyasının mədəni, mənəvi və tarixi kökləri, sovetlər dövründə Azərbaycançılığa münasibət, Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycançılığın dövlət ideologiyası səviyyəsində təsbit olunması, müstəqil dövlət quruculuğu prosesində bu ideyanın təbliğ və təşviq edilməsindən bəhs edilir.

Üç fəsildən ibarət olan kitabda M. Qurbanlı eyni zamanda, Azərbaycançılıq ideologiyasında dini-mənəvi dəyərlərin mühüm yer tutduğu, milli-mənəvi dəyərlərin xalqın mənəviyyatı, dünyagörüşü, həyat və düşüncə tərzinin ayrılmaz hissəsini təşkil etdiyi, ideologiyanın tərkib hissəsində İslam dini dəyərlərinin mühüm yeri və əhəmiyyəti olması kimi məsələlərə toxunub.

Müəllif kitabın III – Mənəvi dəyərlər Azərbaycançılıq ideologiyasının hissəsi kimi adlı fəslində Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışını dini dəyərlərə münasibətdə, dövlət-din münasibətlərində yeni mərhələnin başlanğıcını qoyduğunu, ölkədə sabitliyin və tərəqqinin əsas amil olduğunu nəzərə alaraq multikulturalizmin siyasi və hüquqi müstəvidə yerini müəyyənləşdirdiyini vurğulayıb. M.Qurbanlı müstəqilliyimizin bərpasından sonra xalqın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək kimi tarixi vəzifəni üzərinə götürən Ümummilli Lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi missiyadan geniş şəkildə bəhs edib.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitab dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində çalışan mütəxəssislərə, eləcə də siyasi şərhçilərə, gənc tədqiqatçılara faydalı ola bilər. 

Son baxılan xəbərlər

“Mənəvi borc” filminin video formatda təqdimatı keçirilib

Press-relizlər
12.08.2020 / 16:22
Ətraflı oxu

Şüvəlanda “Tolerantlıq diyarı Azərbaycan” mövzusunda tədbir keçirilib

Press-relizlər
15.11.2016 / 13:32
Ətraflı oxu

Prezident İlham Əliyev “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak edib

Xəbərlər
26.05.2015 / 17:54
Ətraflı oxu

Qubada dini ekstremizmlə mübarizə yollarına həsr olunan tədbir keçirilib

Press-relizlər
08.02.2017 / 15:41
Ətraflı oxu

Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.05.2018 / 16:46
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Xəbərlər
30.07.2020 / 16:19
Ətraflı oxu