Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 14.11.2019 / 14:43

Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbdə “Narkotik vasitələrin qəbulu və yayılmasına qarşı mübarizə: hüquqi və mənəvi müstəvidə” mövzusunda maarifləndirici  tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Atakişi Məhərrəmli,   Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, Rayon Polis Şöbəsinin əmkəkdaşları İlqar Hümbətov, İlqar Əliyev, Rayon Təhsil Şöbəsinin nümayəndəsi Seyidrza Qubadov,  məktəbin  müəllimləri və şagirdləri  iştirak ediblər.

Çıxışlar zamanı narkomaniya ilə bağlı keçirilən tədbirlər, görülən profilaktiki işlər barəsində məlumatlar verilib. Narkomaniya və onun fəsadları, gətirdiyi faciələrdən söhbət açılıb. Yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan danışılıb.

Sonunda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Xocalı soyqırımı: erməni terrorizmi İslam həmrəyliyi fonunda

İSLAM HƏMRƏYLİYİ İLİ
25.02.2017 / 11:48
Ətraflı oxu

Astarada məktəblilərin radikal dini düşüncələrdən qorunması mövzusu müzakirə olunub

Press-relizlər
04.05.2017 / 17:54
Ətraflı oxu

Mübariz Qurbanlı: “Baş yarmaq, qan çıxarmaq İslama ziddir, günahdır”

Açıqlama
17.08.2019 / 10:08
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Tovuzda keçirilən ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Press-relizlər
04.10.2018 / 16:14
Ətraflı oxu

Neftçalada dini durum müzakirə olunub

Press-relizlər
02.04.2021 / 15:57
Ətraflı oxu