Masallıda “Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizə yolları” mövzusunda tədbir keçirilib

Xəbərlər / 14.11.2019 / 16:31

Noyabrın 14-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi (RPŞ) və Masallı Regional Kollecinin birgə təşkilatçılığı ilə “Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizə yolları” mövzusunda tədbir keçirilib.

Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı RPŞ-nın rəisi, polis polkovniki Habil Əmiraslanov, Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtim Qarayev, Masallı Regional Kollecinin direktoru Vidadi Nəzərov, rayon ictimaiyyətinin nümayəndələri və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.

Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov narkomaniya, erkən nikah və dini ekstremizm məsələləri barədə söhbət açaraq bu sahədə aparılan maarifləndirmə tədbirlərində fəal olmağın vacibliyindən danışıb. DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və Masallı RPŞ-nın rəisi polis polkovniki Habil Əmiraslanov çıxışlarında erkən nikah, narkomaniya, zərərli vərdişlər, dini radikalizmə qarşı mübarizə yolları haqqında ətraflı məlumat veriliblər.

Qarşılıqlı diskussiya şəraitində keçən tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans ...

Press-relizlər
07.11.2017 / 12:35
Ətraflı oxu

Bəşəri dəyərlər naminə

Xəbərlər
21.08.2015 / 09:05
Ətraflı oxu

Prezident İlham Əliyev: “Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə ...

Xəbərlər
27.11.2019 / 12:49
Ətraflı oxu

Dini radikalizmlə mübarizə müzakirə olunub

Press-relizlər
16.01.2017 / 13:04
Ətraflı oxu

“Peşə marağı milli təhlükəsizlik marağından önə keçməməlidir”

Açıqlama
28.12.2017 / 16:27
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdiri: “ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyası tarixi faktları saxtalaşdırıb”

Açıqlama
06.05.2016 / 18:55
Ətraflı oxu