Mətbuat xidmətinin məlumatı

Press-relizlər / 14.11.2019 / 17:18

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid, ev 17 ünvanında qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanmışdır.

Müəyyən edilmişdir ki, həmin kursun 26 üzvünə, o cümlədən bu təlimlərə cəlb olunmuş azyaşlılara qadağan edilmiş dini ədəbiyyatların tədrisi həyata keçirilir.

Qanunsuz dini kursların təsisçiləri Abdullayev Elton Kərəm oğlu və Qurbanov Elsevər Bəxtiyar oğlu barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilmişdir.

Qeydə alınmış fakt üzrə müvafiq araşdırmalar davam etdirilir.


Son baxılan xəbərlər

“Gəncliyimizi qoruyaq” devizi altında narkomaniya və zərərli vərdişlərlə mübarizə həftəsi davam edir

Press-relizlər
07.06.2016 / 09:40
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
28.11.2019 / 16:57
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi koronavirus xəstəliyi ilə bağlı tövsiyələrini açıqlayıb

Xəbərlər
05.03.2020 / 17:06
Ətraflı oxu

Üçüncü beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Tufandağda

Multikulturalizm
21.07.2016 / 09:14
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.01.2018 / 14:41
Ətraflı oxu

Quba, Oğuz və Astarada "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
31.05.2019 / 15:19
Ətraflı oxu