Ağdaşda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Xəbərlər / 16.12.2019 / 16:34

Ağdaşda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən ikigünlük regional konfrans dekabrın 16-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti  başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Aynur  Novruzova bu istiqamətdə keçirilən tədbirlərin cəmiyyətin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.     Cəmiyyətimizin, xüsusilə gənclərin dini radikalizm təhlükəsindən qoruması, radikal dini cərəyanların təsiri altına düşməməsi üçün maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin önəmini qeyd edib.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dini radikalizmə qarşı mübarizədə milli-mənəvi və dini dəyərlərin təbliğinin əhəmiyyətindən bəhs edib. Dini radikalizmi doğuran səbəblərdən biri kimi dinlərin mahiyyətinin təhrif olunmasını göstərən sədr müavini diqqətə çatdırıb ki, dini bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Bu səbəbdən dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Dini radikalizmə qarşı mübarizə tədbirləri haqqında məlumat verən Gündüz İsmayılov respublikamızda bu istiqamətdə sistemli maarifləndirmə işinin aparıldığını vurğulayıb.

Dini radikalizmin sosial və ictimai zərərləri, yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarında da danışan Komitə rəsmisi sonda tədbir iştirakçılarının suallarını cavablandırıb.


Son baxılan xəbərlər

Səngəçalda növbəti maarifləndirici tədbir keçirilib

Press-relizlər
08.07.2017 / 10:01
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
08.07.2019 / 13:07
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Aqil Şirinov: Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi heç vaxt cəmiyyətə xurafat danışmaz və danışmamalıdır da, ...

Müsahibələr
07.07.2020 / 10:12
Ətraflı oxu

Bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Press-relizlər
21.01.2020 / 14:45
Ətraflı oxu

Şəkidə dini icmalar üçün ikigünlük regional konfransın işi yekunlaşıb

Xəbərlər
28.10.2014 / 16:42
Ətraflı oxu