Press-relizlər / 21.01.2020 / 14:58
Yanvarın 21-də Saatlı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Saatlı rayon Dəllər kənd məscidində “Vətən sevgisi – şəhidlik zirvəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayon Dəllər kənd məscidi dini icmasının sədri Namiq Zeynalov, Saatlı şəhər “Yeni” məscidi dini icmasının imam müavini Mahir Əmirov, dini icma üzvləri, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Çıxışlarda İslamda Vətən sevgisinin müqəddəsliyindən gənclər və yeniyetmələrə Vətən sevgisinin aşılanmasının zəruriliyindən bəhs edilib. Şəhidlik anlayışından, Vətən yolunda şəhid olanların örnək həyatından danışılaraq bildirilib ki, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.