“Mədəniyyətlərarası və dinlərarası dialoqda dini kimliyin rolu: Azərbaycan və Belçika modeli” mövzusunda videokonfrans

Xəbərlər / 29.06.2020 / 17:01

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Brüsseldəki Protestant İlahiyyat və Dini Araşdırmalar Fakültəsi (FUTP) “Mədəniyyətlərarası və dinlərarası dialoqda dini kimliyin rolu: Azərbaycan və Belçika modeli haqqında” mövzusunda videokonfrans təşkil etmişdir. Hər iki ali təhsil müəssisəsindən olan alimlər dini radikallaşmaya qarşı mübarizə yolu kimi mədəniyyətlərarası və dinlərarası dialoq çərçivəsində dini kimliyin möhkəmləndirilməsi sahəsində indiyədək aparılmış araşdırma metodları haqqında səmərəli fikir mübadiləsi yürütmüşlər.

Bu kontekstdə Brüsseldəki Protestant İlahiyyat Fakültəsinin dekanı prof. Yohan Temmerman dini radikallaşma sahəsindəki araşdırmalara əsaslanan FUTP-nin təhsil proqramı çərçivəsində müxtəlif dinlərarası və mədəniyyətlərarası dialoq təcrübələri haqqında fikir mübadiləsi aparmaq imkanını təqdir etdiyini nəzərə çatdırmışdır.

Sözügedən mövzuda Azərbaycan İlahiyyat İnstitutunun rektoru i.f.d. Aqil Şirinov Azərbaycanda dini tolerantlığın sosial, tarixi və teoloji əsaslarını vurğulamış, dinlərarası və mədəniyyətlərarası dialoqun ilahiyyat kontekstində araşdırma üsullarını izah etmişdir.

Konfransda müxtəlif mədəniyyətlərarası modellərin hərtərəfli araşdırılması üçün vahid platformanın yaradılması, həmçinin dinlərarası və mədəniyyətlərarası kontekstdə təhsilin daha da zənginləşdirilməsinə töhfə verəcək təcrübələrin sistemləşdirilməsi müzakirə olunmuşdur.

Videokonfransın təşkilində məqsəd çoxyönlü müasir qlobal etika konsepsiyasında dini kimliyin möhkəmləndirilməsidir. Din insanları daha sədaqətli və dinc hala gətirən dinamikliyi özündə ehtiva edir. Son on ildə elmi fikir mübadiləsi zamanı dini baxımdan yaxşı niyyətlə başlanan görüşlərin əks-nəticə ilə sonlandığı aydın şəkildə məlum olmuşdur. Sonrakı elmi fikir mübadiləsinin məqsədi dini nöqteyi-nəzərdən bu radikal görüşlərin mənbəyini müəyyənləşdirməkdir.

Görüş iştirakçıları yenidən görüş təşkil edərək,  mədəniyyətlərarası və dinlərarası dialoqda dini kimliyin rolu barədə səmərəli fikir mübadiləsini davam etdirmək arzularını ifadə etmişlər.


Son baxılan xəbərlər

“Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
23.10.2018 / 14:56
Ətraflı oxu

Abşeron rayonundakı "N" saylı hərbi hissədə "Dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib

Press-relizlər
23.02.2018 / 17:57
Ətraflı oxu

Prezident İlham Əliyev: “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir”

Xəbərlər
02.05.2019 / 15:09
Ətraflı oxu

Şirvanda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
30.01.2018 / 17:59
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
06.03.2020 / 15:04
Ətraflı oxu

Hərbi hissədə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
26.02.2020 / 16:01
Ətraflı oxu