Prezident İlham Əliyev: "Bizə müsəlman ölkələrindən ən çox dəstək gəlir"

Xəbərlər / 22.07.2020 / 15:28

"Bizim İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə də münasibətlərimiz çox yaxşıdır" Bu fikirləri Prezident İlham Əliyev Azərbaycanın yeni Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edərkən bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan müsəlman aləminin bir parçasıdır və beynəlxalq təşkilatlarda biz tərəfdən ən çox dəstək alan ölkələr müsəlman ölkələridir və bizə də müsəlman ölkələrindən ən çox dəstək gəlir. "Bu yaxınlarda Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı bəyanatla çıxış edib, Azərbaycanın haqlı mövqeyini müdafiə edib və biz bunu yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Mən bir çox Zirvə görüşlərində iştirak etmişəm, həmişə öz çıxışlarımda və öz fəaliyyətimdə İslam aləmində əməkdaşlığın, həmrəyliyin inkişafına fikir vermişəm, səylər göstərmişəm. Bəzi müsəlman ölkələri arasında mövcud olan ixtilafların yumşaldılması, ya da ki, aradan qaldırılması üçün Azərbaycan öz səylərini əsirgəmir və bəzi hallarda bu səylər yaxşı nəticələrə gətirib çıxarır. Çünki, ilk növbədə, müsəlman aləmində həmrəylik olmalıdır ki, biz ənənəvi dostlarımızla öz gələcəyimizi sağlam zəmində qura bilək"-, deyə dövlət başçısı əlavə edib. Ölkə Prezidenti onu da vurğulayıb ki, türkdilli dövlətlər bizim üçün qardaş ölkələrdir və bütün türkdilli dövlətlərlə çox gözəl münasibətlərimiz var. Bildiyiniz kimi, hazırda Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Onu da bildirməliyəm ki, türkdilli ölkələrin Zirvə görüşləri uzun illərdir keçirilir. Azərbaycan və digər postsovet ölkələri müstəqilliyə qovuşduqdan sonra dərhal belə Zirvə görüşləri keçirilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təşkilat olaraq Naxçıvan şəhərində yaradılıbdır. Azərbaycanda, Naxçıvan şəhərində keçirilmiş Zirvə görüşlərinin birində belə bir təşkilat yarandı və hazırda təşkilat öz potensialını gücləndirir. Onu da bildirməliyəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da bu yaxınlarda baş vermiş sərhəd münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləyən açıqlama yaymışdır.

Son baxılan xəbərlər

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

Press-relizlər
24.07.2013 / 11:48
Ətraflı oxu

Tolerantlığın Azərbaycan nümunəsi

Press-relizlər
16.11.2016 / 09:01
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.08.2018 / 10:52
Ətraflı oxu

Milli Qurtuluşdan başlayan böyük yol

Press-relizlər
13.06.2020 / 10:04
Ətraflı oxu

Sumqayıtda Xocalı soyqırımı qurbanları anılıb

Press-relizlər
26.02.2018 / 11:16
Ətraflı oxu

Bərdədə "Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Xəbərlər
23.05.2019 / 15:43
Ətraflı oxu