Erməni vandallığı: Gəncədəki tarixi abidə və dini məbədlərə ziyan dəyib

Xəbərlər / 14.10.2020 / 12:27

İki əsrdən artıqdır Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı yüzillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimizdir. Ermənistan uzun illərdir ki, Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə yönələn əməllər törədir. Real tarixdə izi olmayan bir “xalq”dan başqa nə gözləmək olar ki?!

Təəssüflər olsun ki, bu gün erməni barbarlığı və vandallığından əziyyət çəkən təkcə “əsirlikdə” olan tarixi abidələrimiz deyil. Məlum olduğu kimi, Azərbaycan cəbhədə uğurlu əks-hücum əməliyyatları aparır. Belə bir vaxtda döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncə də Ermənistan ərazisindən raket atəşinə tutulub. Bunun nəticəsində 9 nəfər mülki şəxs həlak olub, 30-dan çox dinc sakin müxtəlif dərəcəli bədən xəsarəti alıb, şəhərin infrastrukturuna böyük ziyan dəyib. Lakin “yaralanan” təkcə mülki şəxslər deyil. Ermənistan tərəfinin atdığı raket zərbələri zamanı Gəncədə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələr, dini məbədlər də zərər görüblər.

Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində “İmamzadə” Dini-Memarlıq Abidə Kompleksi zərər görüb.

Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi də erməni vandalizminin hədəfinə çevrilib.

Göründüyü kimi Ermənistan tərəfi nə tarixi, nə mədəni, nə də dini dəyərlərə məhəl qoyur. Əslində təccüblü də deyil. Bir millətin ki, min illər vahid coğrafiyası olmaya, qaraçı tayfası kimi gah o yana, gah bu yana gəzə... Bu millət hansı tarixdən, hansı mədəniyyətdən, hansı milii və dini dəyərlərdən danışa bilər ki?!...

(ganjanews.az)


Son baxılan xəbərlər

Salyanda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
19.04.2018 / 16:24
Ətraflı oxu

Yas mərasimlərində israfçılığın başlıca səbəblərindən biri İslamın vacib şərtlərini kifayət qədər bilməməyimizdir

Xəbərlər
11.07.2016 / 12:46
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib

Xəbərlər
18.02.2020 / 15:25
Ətraflı oxu

Qubada Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Press-relizlər
22.02.2019 / 16:16
Ətraflı oxu

“Mədəniyyətlərarası və dinlərarası dialoqda dini kimliyin rolu: Azərbaycan və Belçika modeli” mövzusunda videokonfrans

Xəbərlər
29.06.2020 / 17:01
Ətraflı oxu

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
02.08.2017 / 14:35
Ətraflı oxu