Şuşa məscidində namaz qılındı

Xəbərlər / 13.11.2020 / 13:22

Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşa şəhərində yerləşən Gövhər Ağa məscidində 28 ildən sonra ilk dəfə namaz qılınıb. Bu barədə video sosial şəbəkələrdə yayılıb. Videoda Şuşa məscidinin minarəsində Azərbaycan bayrağının asıldığı və hərbçilərimizin namaz qılmaq üçün məscidə daxil olduğu görünür. Videonu çəkən hərbçimiz “şükürlər olsun” deyərək məscidə daxil olur.

Qeyd edək ki, 28 ildən sonra – ötən gün Şuşada ilk dəfə azan oxunub.Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bildirmişdi ki, 28 il yarım işğal altında olan Şuşanın Azərbaycan tarixində xüsusi yeri var: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək.”

 

(AZƏRTAC)

Son baxılan xəbərlər

Dövlət Komitəsi bölgələrdə falçılığa qarşı yoxlamalara başlayıb

Xəbərlər
16.08.2016 / 18:19
Ətraflı oxu

DQİDK sədri: Zəngilan rayonunda yerləşən erməni təcavüzünün qurbanına çevrilmiş məsciddəki videogörüntü erməni vandalizmini bir ...

Açıqlama
23.10.2020 / 14:46
Ətraflı oxu

Səyavuş Heydərov: "Azərbaycan Prezidenti “İslam Həmrəyliyi İli” təşəbbüsü ilə bütün dünyaya həmrəylik mesajı verdi"

Müsahibələr
07.02.2017 / 16:49
Ətraflı oxu

Salyanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan ...

Press-relizlər
30.05.2017 / 18:07
Ətraflı oxu

Şərq və Qərb mədəniyyəti anlayışına konseptual baxış

Multikulturalizm
15.01.2020 / 10:04
Ətraflı oxu

Kürdəmirdə “Vətən sevgisi və şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.01.2020 / 16:10
Ətraflı oxu