Dini icmaların 2020-ci il üçün yekun hesabatı və cari il üçün görüləcək işlər barədə onlayn tədbir keçirilib

Press-relizlər / 07.01.2021 / 12:39

Yanvarın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə dini icmaların 2020-ci il üçün yekun hesabatı və cari il üçün görüləcək işlər barədə videokonfrans formatında tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, rayonun dini icma sədrləri və din xadimləri  iştirak ediblər.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov ölkəmizdə dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməsi, eləcə də dini icmalar arasında tolerantlıq mühitinin qorunub saxlanması üçün hüquqi bazanın yaradılmasından söz açıb.

Daha sonra çıxış edən din xadimləri ölkəmizdə müxtəlif dinlərə mənsub olan şəxslərin qarşılıqlı hörmət və dözümlülük ruhunda dini ayin və ibadətlərini yerinə yetirdiyini və ölkəmizin tolerant ölkə kimi tanınmasında bu amilin əsas rol oynadığını bildiriblər.

Tədbirdə, həmçinin koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən preventiv, profilaktik tədbirlər, bu istiqamətdə vətəndaşların üzərinə düşən vəzifələr müzakirə olunub.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-a rəsmi səfərə gedəcək

Press-relizlər
12.05.2018 / 14:18
Ətraflı oxu

Xaçmazda “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib

Press-relizlər
30.03.2018 / 17:22
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Ağdam rayonunun İmamqulubəyli qəsəbə tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
15.05.2018 / 17:38
Ətraflı oxu

“Jewish Journal”: “Müsəlman ölkəsində qəhrəman yəhudinin heykəli ucaldılıb”

Press-relizlər
19.11.2019 / 14:11
Ətraflı oxu

Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı

Bəyanat
17.09.2013 / 18:08
Ətraflı oxu