Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə onlayn tədbir keçirilib

Press-relizlər / 12.01.2021 / 13:29

Yanvarın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə dini icmaların 2020-ci il üçün yekun hesabatı və cari il üçün görüləcək işlər barədə videokonfrans formatında tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları, dini icma sədrləri və din xadimləri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şöbə müdiri Natiq Əfəndiyev geridə qoyduğumuz 2020-ci ilin ölkəmiz üçün bütün çətinliklərə baxmayaraq Zəfər ili olduğunu, Cənab Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın düşmən işğalından azad olunduğunu diqqətə çatdırıb. N.Əfəndiyev ölkəmizdə dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməsindən, eləcə də dini icmalar arasında tolerantlıq mühitinin qorunub saxlanmasından danışıb.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, Ağdaş rayon "Hacı İsmayıl" məscidi dini icmasının sədri Əli Məmmədov dövlətin hər zaman dini icmalara, din xadimlərinə göstərdiyi diqqət və qayğıdan söhbət açıb.

Sonda konfrans iştirakçılarının fikirləri dinlənilib və konfrans qarşılıqlı müzakirələrlə  davam edib.


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.02.2018 / 17:35
Ətraflı oxu

Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib

Press-relizlər
22.08.2019 / 15:44
Ətraflı oxu

Qubada “Ənənəvi İslam və multikultural dəyərlərin təbliği” adlı layihəyə start verildi

Press-relizlər
04.11.2016 / 15:11
Ətraflı oxu

İlham Əliyevin modern dövlət modeli

Xəbərlər
24.12.2018 / 09:55
Ətraflı oxu

Los-Ancelesdə Azərbaycan tolerantlığına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
16.05.2018 / 17:35
Ətraflı oxu

Zaqatalada “Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərdən qaynaqlanan vətən sevgisi” adlı tədbir təşkil olunub

Press-relizlər
10.10.2017 / 16:05
Ətraflı oxu