
Press-relizlər / 14.01.2021 / 16:22
Yanvarın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsininin təşkilatçılığı ilə “Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad və Saatlı rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda 2020-ci ilin ölkəmiz üçün bütün çətinliklərə baxmayaraq Zəfər ili olduğu, cənab Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın düşmən işğalından azad olunduğu diqqətə çatdırılıb. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalmağın ən böyük şərəf və qürur olduğu, şəhidlik zirvəsinə ucalanların xatirəsinin əbədi yaşanacağı diqqətə çatdırılıb.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.