Dövlət Komitəsinin sədr müavini: “İşğal altında olan 128 alban məbədinin demək olar ki hamısı erməni qriqoryan kilsəsinə çevrilib”

Press-relizlər / 14.01.2021 / 17:15

“Ermənistan Azərbaycanın tarixi-dini, mədəniyyət abidələrinə münasibətdə konkret bir siyasət həyata keçirib”. Bu fikirləri Azərbaycan Televiziyasının “Əsas məsələ” proqramında çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Gündüz İsmayılov bildirib. Onun sözlərinə görə, bu siyasətin mahiyyəti ilk növbədə bizim izlərimizi oradan silməkdir. “Bunun üçün onlar üç istiqamətdə iş aparıblar. Birincisi İslam məbədlərini, məscidləri, ziyarətgahları dağıdıblar. İkincisi İslam məbədlərini başqa xalqın mədəniyyətinin nümunəsi kimi təqdim edib, yəni özgəninkiləşdiriblər. Üçüncü istiqamət isə alban məbədlərinə olan münasibət idi ki, burada isə onların siyasətinin mahiyyəti özününküləşdirmək xarakteri daşıyırdı”,-deyə DQİDK-nın sədr müavini əlavə edib. Gündüz İsmayılov onu da bildirib ki, işğal altında olan 128 alban məbədinin demək olar ki hamısı, o cümlədən Xudavəng məbədi, Laçındakı Ağaoğlan məbədi, Ağdərədəki Gəncəsər məbədi və Xocavənd rayonundakı Amasar kilsəsi erməni qriqoryan kilsəsinə çevrilib.”

Proqrama geniş şəkildə aşağıdakı link vasitəsi ilə baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=kG9x2F9wO7w&list=PLOBkCoG0eyX5JeQLciunib8nXO_vPHLVq&index=1&fbclid=IwAR11j659HJrBn9F-0nZJ6zxR6tBhrmswctGUVfD1e_v3nLL8ny2CcHdfPH0

Son baxılan xəbərlər

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
06.08.2019 / 17:12
Ətraflı oxu

Yevlaxda “Şəhadət” sənədili filmi nümayiş etdirilib

Press-relizlər
03.05.2019 / 14:36
Ətraflı oxu

Dövlət Komitəsinin könüllüləri ilə onlayn formatda görüş keçirilib

Könüllü fəaliyyət
02.09.2020 / 15:10
Ətraflı oxu

Zəfərə gedən yol: milli birlik və dini həmrəylik

Xəbərlər
17.11.2020 / 10:13
Ətraflı oxu

Xəzər rayonunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
21.11.2019 / 09:11
Ətraflı oxu

“Könüllü fəaliyyət” layihəsi çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib

Könüllü fəaliyyət
06.05.2019 / 15:28
Ətraflı oxu