Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri videoformatda qəbul edib

Xəbərlər / 03.02.2021 / 12:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri videoformatda qəbul edib.

Mark Şnayer ölkəmizdə digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Müsəlman ölkələri arasında ən böyük yəhudi icmasının Azərbaycanda yaşadığını vurğulayan Mark Şnayer Prezident İlham Əliyevin digər icmalarla yanaşı, yəhudilərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı yəhudilərin ölkəmizin dəyərli vətəndaşları olduqlarını qeyd etdi, digər dini və etnik icmaların nümayəndələri kimi onların da Azərbaycanda əsrlər boyu mehribanlıq, qardaşlıq və dostluq şəraitində yaşadıqlarını bildirdi.

Söhbət zamanı mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanla ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Son baxılan xəbərlər

“Azərbaycanda multikulturalizm dəyərləri” mövzusunda seminar keçirilib

Press-relizlər
22.11.2016 / 15:30
Ətraflı oxu

“Cəmiyyət və dini radikalizm” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.12.2015 / 17:27
Ətraflı oxu

Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
19.07.2019 / 16:40
Ətraflı oxu

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.11.2019 / 16:48
Ətraflı oxu

Yevlaxda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
26.02.2021 / 12:03
Ətraflı oxu

Mübariz Qurbanlı: Dini radikalları çökdürəcəyik

Müsahibələr
13.03.2015 / 12:27
Ətraflı oxu