Neftçalada dini durum müzakirə olunub

Press-relizlər / 02.04.2021 / 15:57

Aprelin 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçalada rayondakı dini duruma həsr olunmuş videokonfrans keçirilib. Videokonfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Tədbir ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb. Daha sonra QMİ-nin səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev din xadimlərinin pandemiya dövründə, əsasən dəfn və yas mərasimlərində Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edilməsinin vacibliyini vurğulayıb.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov bölgədəki, o cümlədən Neftçala rayonu ərazisindəki dini durumla bağlı fikirlərini bildirib. S.Xəlilov qarşıda gələn Ramazan ayı ilə bağlı müvafiq tapşırıqları da iştirakçıların diqqətinə çatdırıb.

Tədbir müzakirlərlə davam edib.               


Son baxılan xəbərlər

“Aprel savaşı-Böyük zəfərin müqəddiməsi” adlı onlayn konfrans keçirilib

Xəbərlər
17.03.2021 / 16:50
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Xəbərlər
09.07.2019 / 17:53
Ətraflı oxu

Mübariz Qurbanlı: “Nardarandakı məscidlər dövlət qeydiyyatından keçməyib”

Açıqlama
30.11.2015 / 18:24
Ətraflı oxu

Şirvanda ikigünlük seminar-müşavirə keçirilir

Press-relizlər
06.12.2018 / 16:44
Ətraflı oxu

Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri “Jewish Journal” nəşrində işıqlandırılıb

Press-relizlər
07.06.2018 / 09:25
Ətraflı oxu

Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir

Press-relizlər
14.11.2017 / 16:01
Ətraflı oxu