“Aprel savaşı-Böyük zəfərin müqəddiməsi” mövzusunda videokonfrans keçirilib

Xəbərlər / 07.04.2021 / 16:00

Aprelin 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran şəhər və Astara rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə “Aprel savaşı-Böyük zəfərin müqəddiməsi” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda təşkilatçı qurumların kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak edib.

Tədbir şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.   

Çıxışlar zamanı 2016-cı ilin aprel ayında və 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində parlaq qələbə qazanaraq torpaqlarımızın geri alıdığı qeyd edilib. Bu qələbələrin şəhidlərimizin qanı və qazilərimizin igidliyi hesabına əldə edildiyi vurğulanıb. Natiqlər, Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu diqqətə çatdırıblar.


Son baxılan xəbərlər

Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
15.12.2017 / 11:46
Ətraflı oxu

Masallıda Xocalı soyqırımı qurbanları anılıb

Press-relizlər
13.02.2018 / 14:21
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Argentina və Paraqvay mətbuatında Dövlət Komitəsinin şöbə müdirinin məqaləsi dərc edilib

Xəbərlər
07.09.2020 / 13:05
Ətraflı oxu

Dini radikalizm cəmiyyət üçün təhlükədir

Press-relizlər
10.10.2019 / 15:52
Ətraflı oxu

Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
01.05.2019 / 15:08
Ətraflı oxu