
Xəbərlər / 08.04.2021 / 16:53
Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qəbələ rayonunda Aprel döyüşlərinə həsr olunmuş “Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” mövzusunda onlayn videokonfrans keçirilib.
Videokonfransda DQİDK–nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Qəbələ mərkəzi Cümə məscidinin imam müavini Saleh Şirinov, rayon dini icma sədrləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı 2016-cı ilin aprel ayında və 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində parlaq qələbə qazanaraq torpaqlarımızın geri alındığı qeyd edilib, bu qələbələrin şəhidlərimizin qanı və qazilərimizin igidliyi hesabına əldə edildiyi vurğulanıb. Natiqlər Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu diqqətə çatdırıblar.