Könüllü fəaliyyət / 08.04.2021 / 17:46
Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “Könüllü fəaliyyət” layihəsinin iştirakçılarının Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovla onlayn formatda görüşü keçirilib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və praktiki biliklərini artırmaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarından və dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən biridir.
Rektor könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünyagörüşünün genişlənməsində rolundan danışıb, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyət istiqamətləri barədə könüllülərə geniş məlumat verib.
Görüşün sonunda Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov könüllüləri maraqlandıran sualları cavablandırıb.