Səyyad Adil oğlu Salahlı

Sədrin 1-ci müavini

15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində doğulub. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. 1972-1989-cu illərdə pedaqoji fəliyyətlə məşğul olub. 1992-1995-ci illərdə "Səs" qəzetində baş redaktorun birinci müavini olub. 1995-ci ildə 67 saylı Zərdab-İmişli-Ucar seçki dairəsindən və 2000-ci ildə 67 saylı Zərdab-İmişli seçki dairəsindən 2 dəfə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2001-ci ildə BDU-nun Hüquq fakültəsini (ikinci ali təhsil) bitirib. 2006-cı ildə Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilib, həmin ildən 2010-cu ilə qədər Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu işləyib. 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 2004-cü ildən Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalına, 20 iyul 2015-ci il tarixli Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adına layiq görülüb. Beş siyasi-publisistik, dörd bədii kitabın müəllifidir. Filologiya elmləri namizədidir. Ailəlidir, 3 övladı, 7 nəvəsi var.

 

E-mail: s.salahli@scwra.gov.az 

Telefon: (012) 505-78-18