Səyavuş Cəmil oğlu Heydərov

Sədrin müavini

Heydərov Səyavuş Cəmil oğlu, 1957-ci ildə Şəmkir rayonunda anadan olub. Ali təhsillidir. 1976-1978-ci illərdə hərbi xidmətdə olub. 1982-1985-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Komsomol Komitəsində təlimatçı, katib müavini vəzifələrində fəaliyyət göstərib. 1986 - 2011-ci illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsi - Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmətdə olub. 2011-ci ilin dekabr ayından – 2014-cü ilin may ayına kimi Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində işləyib. 2014-cü ilin may ayının 5-dən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində sədr müavini vəzifəsində fəaliyyət göstərir. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017- ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Ailəlidir, iki övladı var.

 

E-mail: s.heyderov@scwra.gov.az

Telefon: (012) 437-31-14