Gündüz Kamil oğlu İsmayılov

Sədrin müavini

1982-ci il aprelin 1-də Laçın rayonunda anadan olub. 1999-2011-ci illərdə Bakı Dövlət Universitetində, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aspiranturasında təhsil alıb. 1999-2006-cı illərdə “525-ci qəzet”in redaksiyasında müxbir, şöbə müdiri vəzifələrində çalışıb. 2006-2011-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsində məsləhətçi, şöbə müdiri əvəzi, şöbə müdiri işləyib. 2011-ci il fevralın 18-dən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədr müavinidir.  Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Ailəlidir, iki övladı var.

 

E-mail: g.ismayilov@scwra.gov.az

Telefon: (012) 492-88-93